Contact us: +99450 262 58 88 | info@cestbon.az

C`est Bon «fresh food» şirkətidir və onun məqsədi heç bir kimyəvi maddə, əlavələr və konservantlardan istifadə etmədən əl ilə hazırlanmış təbii, təzə və yüksək keyfiyyətli yeməklər hazırlamaqdır.

Missiya və fəlsəfəmiz

  • Şirkət fəlsəfəmizin mərkəzində istifadə etdiyimiz ərzaq və inqredientlərin hamısının təzə olmasıdır. Biz istəyirik ki, göstərdiyimiz xidmətlərdən və təqdim etdiyimiz yeməklərdən müştərilərimiz məmnun olsunlar.
  • Sifarişçilərin bizim yeməklərimizdən zövq alması üçün hazırladığımız sendviçlərin, salatların, toyuq ətindən hazırlanmış yeməklərin və desertlərin daha dadlı və daha təzə olmasına səy göstəririk.
  • Bizim əsas məqsədimiz kiçik yerli şirkətdən qlobal beynəlxalq bir şirkətə çevrilməkdir.
  • Biznesimizin əsas məqsədi öz müştərilərimizə daha yaxşı xidmət göstərmək və öz işimiz və yeməklərimizlə onları razı salmaq üçün əlimizdən gələn hər şeyi etməkdir.
  • Biznesdə müvəffəqiyyətin qiymətləndirilməsinin yeganə meyarı müştərinin razı qalmasıdır. C`est Bon-un bütün əməli iş və strateji fəaliyyətləri sifarişçilərin məmnun qalmasına yönəldilmişdir.
  • Biz həqiqətən də öz müştərilərimizin bizim yeməklərdən heç bir problem və maneə olmadan zövq almasına şərait yaratmaq istəyirik və onlar dünyanın hər yerində bizim yemək və xidmətlərimizdən istifadə edə bilərlər. Bu səbəbdən də biz bütün ölkələrdə vahid standart menyusu, xidmətləri, biznes formatı və interyeri olan restoran şəbəkəsinə malik  qlobal bir şirkət olmaq niyyətindəyik.
  • Biz istəyirik ki, bütün müştərilərimiz öz dinlərinə və inanclarına zidd olmayan yeməklərdən istifadə etmək imkanına malik olsun.
  • Biz müştərilərimizin yemək və xidmətlərimizdən narazı qalıb haqqımızda mənfi fikir formalaşdırmasını istəmirik.
  • Məqsədimiz ərzağın kefiyyəti, xidmətlər, qiymətlər, ictimaiyyətlə əlaqələr, təchizatçılar, tərəfdaşlar və hökumətlə əlaqələr kimi bütün sahələrdə davamlı bir biznes yaratmaqdır.
  • Biz müştərilərimizə və işçilərimizə onların dinindən, mədəniyyətindən və inancından asılı olmayaraq eyni dərəcədə hörmət edirik. Biz yemək və xidmətlərimizlə müştərilərə rahatlıq gətirmək üçün əlimizdən gələni edirik.
  • Bizim uzunmüddətli strateji istiqamətimiz C`est Bon şirkətini yerli bir brenddən, dünyanın hər yerində restoranlar şəbəkəsi olan qlobal bir brendə çevirməkdir.
  • C`est Bon şirkətini dünyanın aparıcı ”fresh food” şirkətlərindən biri etmək üçün biz biznesimizin bütün aspektlərində vahid korporativ standartlar tətbiq etməyi planlaşdırırıq.
  • C`est Bon-u ictimaiyyətə imtiyazlı bir iş yeri kimi tanıtmağa ümid edirik. Kadr ehtiyatları üzrə bizim siyasətimiz rəqabətədavamlı və beynəlxalq standartlara cavab verən bir siyasət olacaqdır. Əməkdaşlarımızın yaxşı əmək haqqı, iş şəraiti və sosial təminat paketinə malik olmaları bizim üçün çox vacibdir. Biz öz biznesimizi yüksək sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi standartlarına uyğun şəkildə quracağıq. Biz ətraf mühitə heç bir ziyan vurmaq istəmirik. Bundan başqa, C`est Bon-da işləyən bütün insanlar təhlükəsiz iş şəraiti ilə təmin olunmalıdır. SƏTƏM standartlarına riayət etmək rəhbərliyin və hər bir işçinin borcudur.

 

 

Bizimlə əlaqə

Əgər, təcrübəmiz və biznesiniz üçün fərdi həllərimiz haqqında daha çox məlumat almaq istəyirsinizsə, formanı doldurun və bizə göndərin. 

+99450 262 58 88

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.